Noyabrın 8-də Yeni Havuş-Xətai kənd avtomobil yolu yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, 7 kilometrlik yola asfalt örtük salınıb, 1500 metr uzunluğunda kənddaxili yollar hamarlanaraq qum-çınqıl qatı verilib. Tikinti işləri aparılarkən yolun üzərində 78 su keçidi qoyulub, 750 metr beton su kanalı çəkilib, 5 selötürücü mənfəz, 2 yeni körpü tikilib.