Əkin dövriyyəsinə qatılan yeni torpaqlar bol məhsula təminatdır

Həmin gün Ali Məclisin Sədri əkin dövriyyəsinə qatılan 340 hektar torpaq sahəsinə baxıb. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə məlumat verib ki, sahəyə suyun paylanması üçün 5200 metr su arxı çəkilib və ərazi daşdan təmizlənib. Əkin dövriyyəsinə daxil edilən 340 hektar torpaq sahəsinin 211 hektarı bələdiyyə, 129 hektarı…

Külüsdə yeni nasos stansiyası istifadəyə verilib

Aprelin 22-də Şahbuz rayonunun Külüs kəndində yeni nasos stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verərək deyib ki, yeni nasos stansiyası Şahbuzçaydan qidalanır və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurur. Nasos…

Şahbuz rayonunda yeni torpaqlar əkin dövriyyəsinə qatılıb, üç kəndin elektrik sistemi yenilənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Bizim hələ ki, dövriyyədə olmayan böyük torpaq sahələrimiz vardır. Orada meliorativ tədbirlər, infrastruktur layihələri həyata keçirilməlidir ki, biz on minlərlə hektar yeni torpaqları dövriyyəyə buraxaq”. Naxçıvan Muxtar Respublikasında meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması aqrar sahənin inkişafına mühüm töhfə verir. Hər il bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma…

Təbiətə qayğı insan sağlamlığına qayğıdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbiətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərək deyib “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”. Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət alıb. Hər il yeni meyvə bağları, meşə…

Yeni innovativ dərnəklər yeni təfəkkürlü gənclər formalaşdırır

Muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Xüsusilə yeni innovativ dərnəklərin yaradılması uşaqların asudə vaxtlarının səmərəli təşkili və intellektual inkişafı, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi, milli dəyərlər zəminində tərbiyələri üçün zəruri şərait yaradır. Aprelin 9-da Ordubad rayonunda yaradılmış innovativ dərnəklərin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası…

Ordubad şəhər 1 nömrəli tam orta məktəbdə müasir tədris şəraiti yaradılıb

Aprelin 9-da Ordubad şəhər 1 nömrəli tam orta məktəb istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik məktəbdə 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, 2 müəllimlər otağı,…

Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb

Aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Ordubad Rayon Uşaq Xəstəxanasının baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların tam…

Uzunoba Təlim-Məşq İdman Kompleksi istifadəyə verilib

Ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İdman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır”. Naxçıvan Muxtar Respublikası ölkəmizin idman mərkəzlərindən birinə çevrilib. Muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. İdman infrastrukturu daim təkmilləşdirilir.…

Naxçıvanda yeni meyvə bağı salınıb

Naxçıvan Muxtar Respublikasında ekoloji mühitin qorunması insanların sağlam həyat şəraitində yaşamasına xidmət edir. Bu səbəbdən də yaşıllaşdırma tədbirləri mütəmadi olaraq davam etdirilir, yaşıllıq zolaqlarının sahəsi genişləndirilir, ətraf mühit qorunur. İnsanlara təbiətə qayğı hissi aşılayan yaşıllaşdırma tədbirləri, xüsusilə iməciliklərin keçirilməsi həm də kənd təsərrüfatının mühüm qolu olan meyvəçiliyin inkişafına təkan verir. Aprelin 3-də muxtar respublikada yaz…