Daxili İşlər Nazirliyinin əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

29 may 2018-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis kapitanı Fariz Nəsirov və Dövlət Yol Polisi İdarəsinin Təbliğat üzrə baş inspektoru, polis leytenantı Ayaz İsmayılov tələbələr qarşısında “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə ölkəmizin, millətimizin sabahı bundan asılı olacaqdır” və yol…

Naxçıvanda iftar süfrəsi açılıb

Mayın 29-da Naxçıvan şəhərində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə iftar süfrəsi açılıb. İftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov milli mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqımızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: Ən…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərov şəxsi heyəti təbrik edib

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın taleyində oynadığı roldan danışılıb. Vurğulanıb ki, 23 ay yaşamasına baxmayaraq Xalq Cümhuriyyətinin dövründə ilk milli ordumuzun da yaradılmasına nail olunub. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili işlər Naziri general-mayor Fazil Ələkbərovun təbrik məktubu şəxsi heyətə…

Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub. Mayın 28-də Naxçıvan şəhərinin…

“Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı iştirakçılarının əsərlərindən ibarət sərgi açılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən Ümummilli Liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikada silsilə tədbirlərlə qeyd olunur. Tədbirlər Planına uyğun olaraq 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər…

Muxtar respublikanın bir sıra mətbuat xidmətləri işlərini düzgün qura bilmirlər

Mayın 19-da Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin ­müdiri Ülvi Hüseynli muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətləri barədə çıxış edərək demişdir ki, dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətləri üçün lazımi…

Naxçıvan inkişafa görə yenə də liderdir

“…Yadımdadır, 1990-cı illərin əvvəllərində atamın yanına gələrkən qaranlıq içində yaşayırdıq, biz özümüzü şam işığı ilə təmin edirdik. Ulu öndər Heydər Əliyev iş kabinetində neft lampasının işığında işləyirdi. Yəni biz o günləri yaxşı xatırlayırıq”. Mayın 16-da Prezident kimi 14-cü dəfə Naxçıvana səfər edən cənab İlham Əliyev Müəllimlər İnstitutunun yeni binasının açılışında çox da uzaq olmayan zaman…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İsveç Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb. Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki,  Naxçıvan Muxtar Respublikası Azərbaycan-İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan…

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 16-da başa çatıb. Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola saldılar.

Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanışlıq

Prezident, Ali Baş Komandan İlham Əliyev burada yeni hərbi xəstəxananın açılışını edib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev dövlətimizin…