Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır

Torpaq və su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə mühüm tədbirlər görülür. Qapalı suvarma şəbəkələrinin qurulması uzun illər əkilməyən torpaqların əkin dövriyyəsinə qatılmasına şərait…

Naxçıvanda 13 şəhid ailəsinə mənzil təqdim olunub

İyunun 26-da – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarının müdafiəsi yolunda şəhid olanlar bizim ən əziz insanlarımızdır. Onların qəhrəmanlıqları, Azərbaycan xalqı qarşısındakı böyük xidmətləri heç vaxt unudulmayacaqdır. Eyni…

Əlahiddə Ümumqoşun Orduya yeni xidməti avtomobillər təqdim edilib

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirləri sırasında xidməti avtomobillərə olan tələbatın ödənilməsi mühüm yer tutur. İyunun 25-də Əlahiddə Ümumqoşun Orduya 22 “Mitsubishi L200” markalı xidməti avtomobil təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobillərə baxıb, təyinata uyğun istifadə olunması barədə tapşırıq verib. Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına,…

Naxçıvanda Silahlı Qüvvələr Günü qeyd olunub
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib

İyunun 25-də – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilib, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olub, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə…

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi üçün müasir iş şəraiti yaradılıb

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla, 2 sinif otağı, elektron…

Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlim keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə taktiki-xüsusi təlimi keçirilir. İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir. Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatının təqdimata…

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikada enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirləri yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və…

Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkı yaradılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam imzalamış, müvafiq dövlət qurumları qarşısında Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı tapşırıqlar qoyulmuşdur. İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. Naxçıvan Dövlət…

Milli Qurtuluşdan sosial-iqtisadi inkişaf və tərəqqiyə
Duzdağda yeni şaxta istifadəyə verilib

1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya qayıdıb, müstəqilliyimizi və dövlətçiliyimizi xilas edib. Həmin gün ölkəmizin taleyində dönüş anı olub və böyük Qurtuluşa doğru  mühüm addım atılıb. O addım suverenliyin, sabitliyin və  sosial-iqtisadi inkişafın təməli olmaqla, Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyənləşdirib, xalqımızı nicat yoluna çıxarıb. İyunun 9-da-Milli Qurtuluş Günü ərəfəsində…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İran nümayəndə heyəti ilə görüşüb

İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Ali Məclisin Sədri nümayəndə heyətini salamlamış, onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmiş, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edən…