Dövlət-ordu-xalq birliyi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur rayonundakı hərbi hissədə olub

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”. Əsası ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun M Ə R U Z Ə S İ

Hörmətli deputatlar və sessiya iştirakçıları! 2020-ci ildə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf dinamikasını qoruyub saxlamış, əhalinin rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması və məşğulluğun təmin olunması sahəsində sistemli tədbirlər görülmüşdür. Yola saldığımız ildə muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 1. 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin təsdiq edilməsi 3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2021-ci il…

Gəncliyə qayğı gələcəyə qayğıdır
Naxçıvan şəhərində yeni “Gənclər şəhərciyi” yaşayış kompleksi istifadəyə verilib

Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında gənclərə qayğı dövlət siyasətinin əsas istiqamətidir. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclərlə ciddi məşğul olmaq – Azərbaycanın gələcəyi haqqında düşünmək, gələcəyi naminə çalışmaq deməkdir”, – fikirləri əsas götürülərək gənclərin hərtərəfli inkişafına və sosial təminatına xüsusi diqqət yetirilir. Həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin mənzil…

Şəhidə ehtiram ən ali vətənpərvərlikdir

O ordu qalib və güclüdür ki, onun müzəffər Ali Baş Komandanı, vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Vətən müharibəsində qazandığımız tarixi qələbənin əsasında da məhz bu amillər dayanır. Ötən əsrin 70-ci illərindən ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli hərbi kadr hazırlığı və ordu quruculuğu strategiyası bu gün Ali Baş Komandan cənab İlham Əliyev…

Hərbçilərə bayram sovqatı aparılıb

Ölkəmizdə dövlət-xalq-ordu birliyinin ideal təcəssümünü qədim diyarımız Naxçıvanın timsalında daha bariz şəkildə görmək mümkündür. Muxtar respublikamızda nazirlik, eləcə də idarə, müəssisə və təşkilat nümayəndələrinin tarixi və əlamətdar günlərdə, o cümlədən bayramlarda hərbi hissələrdə olmaları, əsgər və zabitlərimizə sovqat aparmaları buna parlaq sübutdur. Şanlı tariximizə ərazi bütövlüyümüzün 44 gün ərzində təmin edilməsi, Qələbə ili kimi yazılan…

Naxçıvan şəhidini ehtiramla qarşılayıb

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq və onun bir hissəsi olan ordu təşkil edir”. O ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Bu gün ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Ordusu ən müasir silah və…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Bu müharibədə xalqımız yüzlərlə şəhid verdi, yaralanan hərbi qulluqçularımız oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar…

Babək şəhərində bazar kompleksi istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə…

Naxçıvan Vətən uğrunda canlarından keçən övladlarını ehtiramla qarşıladı

44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə apardılar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər… Bütün bölgələrdən olan hərbçilərlə bərabər…