Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər sırasında meliorasiya və irriqasiya sistemlərinin müasirləşdirilməsi xüsusi yer tutur. Torpaq və su ehtiyatlarından səmərəli istifadə, yeni hidrotexniki qurğuların və mütərəqqi suvarma şəbəkələrinin qurulması əkinçilik üçün geniş imkanlar açıb. Muxtar respublikada hər il meliorativ tədbirlərin miqyası genişləndirilir, yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə qatılır, maddi-texniki baza gücləndirilir.…

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin etmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçmiş, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilmiş, sərhəd xidmətində geniş quruculuq işləri aparılmış, infrastruktur yenilənmiş, şəxsi heyətin peşəkarlığı artırılmışdır. Avqustun 22-də…

Muxtar respublikadakı güclü sosial rifahın, iqtisadi inkişaf və mədəni tərəqqinin başlıca amili – ictimai-siyasi sabitlik

Arzuolunmaz məkandan təhlükəsiz diyara Naxçıvan Muxtar Respublikasında çoxşaxəli dinamik inkişafa nail olunması, uğurlu sosial-iqtisadi islahatların həyata keçirilməsi, mühüm dövlət proqramlarının reallaşdırılması doğma yurdumuzu nəinki ölkəmizin regionları arasında liderlik səviyyəsinə yüksəldib, həm də onu beynəlxalq sferada yüksək tərəqqi tempinə malik, çiçəklənən bir diyar kimi tanıdıb. Ümummilli lider Heydər Əliyev siyasətinin muxtar respublikamızda əzmkarlıq və sədaqətlə, yaradıcı…

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib

2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı 12 avqust 2020-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən verilmiş tapşırıqlar və qarşıda duran vəzifələrlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində keçirilən əməliyyat müşavirəsində Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında ümummilli…

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması…