Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

Əziz həmkarlar! Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və…

Naxçıvanda 1 şəhid ailəsinə və 5 qaziyə mənzil, 11 qaziyə və 1 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobil təqdim olunub

 Dekabrın 30-da – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə…

S.Ə.Neymətovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Süleyman Əsgər oğlu Neymətov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin birinci müavini

AZƏR ZEYNALOV

R.R.İsmayılovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin birinci müavini

AZƏR ZEYNALOV

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Əlahiddə Ümumqoşun Orduda olub, xidmət şəraiti ilə maraqlanıb. Əvvəlcə Naxçıvan Qarnizonu Qoşunlarının Mərkəzi Qərargahına gələn Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş Döyüşü İdarəetmə Mərkəzi və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Döyüşü İdarəetmə Mərkəzi Əlahiddə…

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib. Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan Muxtar Respublikasının həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə…

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə…