Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş keçirilib

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşmüşdür. Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və  iqtisadi-ticarət əlaqələrindən bəhs olunmuş, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. Türkiyə Respublikasının Naxçıvandakı Baş…

Babək rayonunun Sirab kəndi abad kəndlər sırasına qoşulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”. Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq…

Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib

Vətən torpaqlarını düşmənə güzəştə getməyən, qəhrəmanlıq göstərən, uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımız qürur mənbəyimizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Şəhid olmaq, bu, doğrudan da xalq qarşısında, tarix və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əməyi və qəhrəmanlığı əvəzolunmazdır”. Naxçıvandan olan hərbi qulluqçu, baş çavuş Rəşad Hüseynli Ermənistan silahlı…

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi birgə məlumat yayıb

“Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yeni şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün 21 sentyabr 2022-ci il tarixdən 21…

Yeni tədris ilinə start verilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 30 nəfər dinləyicinin ilkin hazırlıq kursunu bitirdikdən sonra polis andını qəbul etməsi münasibətilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətininin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşmüşdür. Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris edikləri üçün qonaqlara təşəkkür etmiş, tədris bazası və təhsilin…

Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılmışdır. Sentyabrın 15-də – Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən 2022-ci ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir. Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açmış, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs etmişdir. Naxçıvan…

Naxçıvan şəhidini ehtiramla qarşıladı

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Tarix boyu Azərbaycan övladlarının Vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, Vətənini qorumağa hazırdır, Vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır”. Vətən, millət yolunda  canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Sentyabrın 12-si gecə və…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunmuş, gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.