Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib

Noyabrın 29-da Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış etmişlər. Kitabxananın əməkdaşı Xədicə Hüseynova yaradılan şəraitə görə kitabxanaçılar və oxucular adından dövlətimizə…

Kələki kənd məktəbi müasir tədris imkanlarına malikdir

Noyabrın 24-də Ordubad rayonunun Kələki kənd tam orta məktəbi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, Kələki kənd tam orta məktəbi üçün 2003-cü ildə yeni bina tikilmiş, 2022-ci ildə məktəb binası yenidən qurulmuşdur. 2 mərtəbəli məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, şahmat…

Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 30 min ağac əkilib

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ölkəmizin əsas hərəkətverici siyasi təşkilatına çevrilmişdir. Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı…

Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılmış, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilmişdir. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoymuş, milli birliyi və sabitliyi təmin etmiş, müstəqilliyimiz qorunub saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam…

Alışar kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Məlumat verilmişdir ki, məktəb 2004-cü ildə tikilmiş, 2022-ci ildə isə yenidən qurulmuşdur. 2 mərtəbədən ibarət olan 342 şagird yerlik məktəbdə 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi,…

Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılıb

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək Zəfər qazandı. Zəfər tariximizin əbədiləşdirilməsi və şəhidlərimizin xatirəsinə ehtiramın ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 fevral 2022-ci il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Zəfər Abidəsi yaradılmış, Zəfər Parkı salınmışdır. Noyabrın 5-də – Zəfər Günü ərəfəsində Naxçıvan…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə Avropa İttifaqı arasındakı müxtəlif səviyyəli əlaqələrdən bəhs olunmuşdur.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulmuşdur. Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilmişdir.…