Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

   26 yanvar 2022-ci ildə Naxçıvan Muxtar Respublikası daxili işlər orqanları veteranlarının ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda polis veteranlarının 2022-ci ildə fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Hesabat məruzəsi ilə Veteranlar Şurasının sədri istefada olan polis polkovniki Yusif Həsənov çıxış etmişdir. Sonra Veteranlar Şurasının yeni tərkibi müəyyən edilərək Yusif Həsənov yenidən Veteranlar Şurasının sədri…

Naxçıvanda 20 Yanvar faciəsinin 32-ci ildönümü yad edilib

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir. Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir. Sonra Dövlət Himni səslənmişdir. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair (E L A N)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, həqiqi…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 2022/2023-cü tədris ili üçün kursant qəbuluna dair (E L A N)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə 30 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq, Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı…

Naxçıvan Muxtar Respublikasının “Əməkdar rəssam”ı Leyla Əzimbəyovanın fərdi yaradıcılıq sərgisi açılıb

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın “Fərqli Olaraq” adlı fərdi yaradıcılıq sərgisi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərginin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək deyib ki, Naxçıvan Muxtar…

Çərçiboğanda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Çərçiboğan kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq, sənaye və təsərrüfat malları mağazaları və 3 anbar vardır. Burada xidmətin təşkili üçün nümunəvi…

Həkim ambulatoriyasında müasir səhiyyə xidməti göstəriləcək

Ölkəmizdə tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı, səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir. Muxtar respublikada da səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi daim diqqətdə saxlanılır. Yanvarın 14-də Çərçiboğan kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə…

Çərçiboğan kənd avtomobil yolu yenidən qurulub

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Çərçiboğan kəndinin avtomobil yolu da yenidən qurulub.  Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 15,8 kilometr olan yola asfalt örtük salınıb, 5,8 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, yolun üzərində 3,4 kilometr beton su kanalı çəkilib,…

Çərçiboğan kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Çərçiboğan kənd mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 2 mərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub, 38 yerlik…

Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada fəaliyyət göstərən musiqi məktəblərində yaradılan şərait milli musiqimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Musiqi məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni binaların tikilməsi istedadlı musiqiçi kadrların yetişdirilməsinə böyük töhfə verir. Yanvarın 14-də Çərçiboğan kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki,…