Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir. Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə…

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev,…

Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir. Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası…

Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib

 Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesi uğurla gedir… Bu sahədə aparılan islahatlar, əldə edilmiş nailiyyətlər Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxarmışdır”. Muxtar respublikada da həyata keçirilən məhkəmə-hüquq islahatları bu sahədə fəaliyyətin müasirləşdirilməsinə, əhalinin müraciət imkanlarının asanlaşdırılmasına səbəb olmuş, müasir infrastruktur yaradılmışdır. Fevralın 14-də Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin…

Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümü qeyd olunub

Fevralın 9-da – Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Ali Məclisin əməkdaşları Naxçıvan şəhərindəki Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaranmasının 98-ci ildönümüdür. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvanın…

Muxtar respublikanın daxili işlər orqanlarının fəaliyyəti barədə müşavirə keçirilib

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib. Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və Sərəncamı diqqətə çatdırılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 7 fevral tarixli Fərmanına əsasən Rəşad Rafiq…

Naxçıvanda sahibkarlarla görüş olub

Fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edib, ümummilli liderimiz Heydər Əliyevin “Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq” fikirlərini xatırladaraq deyib: Dahi şəxsiyyət ölkəmizə ikinci rəhbərliyi dövründə sahibkarlığın inkişafını Azərbaycanın strateji yolu kimi…