Naxçıvan teatrında “Müfəttiş” əsəri tamaşaya qoyulub

Noyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında dünya şöhrətli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olmuşdur.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tamaşaya baxmışdır.  XIX əsr dahi rus realist yazıçılarından olan Nikolay Vasilyeviç Qoqolun yaradıcılığının ən səciyyəvi cəhətlərindən biri təsvir etdiyi surətlərin reallığı əks etdirməsi, insanların daxili…

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransı keçirilib

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın VI konfransı keçirilmişdir.    Konfransın gündəliyinə aşağıdakı məsələlər verilmişdir: 1. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədrinin məruzəsi 2. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının konfranslararası dövrdəki fəaliyyəti haqqında Yeni Azərbaycan Partiyası…

Dövlət qurumları sakinlərə vahid mərkəzdən xidmət göstərəcək

Noyabrın 22-də Göynük kənd mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, birmərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 26…

3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulub

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulmuşdur. Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, ümumi uzunluğu 9,5 kilometr…

Xidmət mərkəzi sakinlərin rahatlığına hesablanıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur. Ali Məclisin Sədri ailə təsərrüfatlarında istehsal olunmuş…

Babək rayonunun Göynük kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarmış, yaşayış məntəqələri müasirliyə qovuşmuşdur. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə etmiş, geniş quruculuq işləri aparılmış, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda…

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” satış yarmarkası keçirilib

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarına geniş…

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Yeni texnikalardan istifadə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, ekoloji-sanitar mədəniyyətin formalaşmasına da böyük təsir göstərir. Noyabrın 19-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı 16 traktor və qoşqusu, eləcə də 2…

Naxçıvanda şəhid ehtiramla qarşılandı

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azadolundu.Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı 7…

Culfa şəhərində yaşayış binası istifadəyə verilib

Noyabrın 11-də Culfa şəhərində yaşayış binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, 3 mərtəbəli binada 18 mənzil vardır. Mənzillərdən 12-si üç, 6-sı isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 90, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 62 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir…