Muxtar respublikada polisin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb

Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.  Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər…

Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib

Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub. İyunun 29-da Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali…

“Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılışı olub

İyunun 28-də “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılış mərasimi keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi öz işinə başlayır. Muxtar respublikada ümummilli lider…

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri general-mayor Fazil Ələkbərov şəxsi heyəti təbrik edib

Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin  yaradılmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-mayor Fazil Ələkbərovun və Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların komandanı, general leytenant Şahin Məmmədovun təbriklərini şəxsi heyətə çatdırıb. Qeyd edib ki, muxtar respublikamızda bütün hərbi hissələr müasir…

Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib

Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibəti ilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib. Ali Məclisin Sədri kursantları salamlayıb. Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini…

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu strategiyasının uğurla davam etdirilməsi Azərbaycan ordusunun gücünü artırıb, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ordumuzun döyüş qabiliyyəti və maddi-texniki bazası xeyli möhkəmlənib. Naxçıvan Muxtar Respublikasında da bu sahədə ardıcıl tədbirlər görülüb, ordu, birləşmə və…

Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib

İyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov  İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri…

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılışı olub

İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri keçirilib. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Əlcəzairin mədəniyyət naziri Əzzədin Mihobi, Qvineya Respublikasının mədəniyyət, idman və tariximədəni irs naziri Sanosi Bantama Sou, İndoneziya Respublikasının təhsil və mədəniyyət naziri Muhacir Əfəndi, Tacikistan…

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları Naxçıvanla tanış olmuşlar

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olmuşlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar…