Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 25-də Oğuz Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Oğuz rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz,…

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

İyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərmişdir. O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd etmiş, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq…

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda  2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.  Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi…

Vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edilir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtomobil təqdim olunub.

Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi məqsədilə əvəzsiz olaraq 10 ədəd “Hyundai County” markalı avtobuslar ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilmişdir.