Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, yeni vəzifəsində Qulamrza Süleymaniyə uğurlar arzulayıb. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında…

Naxçıvanda Xocalı soyqırımının 27-ci ildönümü ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” 2019-cu il 5 fevral tarixli Sərəncamına əsasən, ölkəmizin hər yerində Xocalı soyqırımının iyirmi yeddinci ildönümü qeyd olunur. Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı…

Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur

Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatıb. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur. Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb. Bildirilib ki, qapalı…

Qıvraq qəsəbəsində yeni istirahət parkı salınır

2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçib. Rayon mərkəzi Qıvraq qəsəbəsində və bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır. Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali…

Günəş panelləri ilə işləyən subartezian quyusu qazılıb

Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılıb. Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian quyusuna baxıb. Məlumat verilib ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının…

Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir. Fevralın 22-də Kəngərli rayonunun Qabıllı…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib ki, hər il muxtar respublikada…

Naxçıvanda sahibkarlarla görüş olub

Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə yaradılan əlverişli biznes mühiti və özəl sektora göstərilən diqqət sahibkarlığın inkişafı üçün geniş…

Naxçıvanda İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı baş konsulluğu İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səsləndirilib, “Qurani-Kərim”dən ayələr oxunub. İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur…

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ilidir. Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə, ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə…