Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib

İyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib. 1. 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2018-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad…

Statistik Məlumatlar Sisteminin təqdimatı olub

İyunun 27-də Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sisteminin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Statistik Məlumatlar Sistemini işə salıb. Məlumat verilib ki, Statistik Məlumatlar Sisteminin qurulması üçün yeni server alınıb, müasir proqram təminatı yaradılıb. Son 10 ilin statistik məlumatları serverə işlənilib. Təhlükəsizlik paneli ilə təmin edilmiş sistem qurularkən…

Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır

Naxçıvan Muxtar Respublikasında bu ilin məhsulu üçün 33 min 308 hektar sahədə taxıl əkilib. İyunun 10-dan etibarən taxıl biçininə başlanılıb. Yaradılan şərait, texnika və kombayn təminatı biçin kompaniyasının itkisiz aparılmasına imkan verir. İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib,…

Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb

İyunun 21-də Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib.…

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 2019-cu il buraxılışı münasibəti ilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport verib. Ali Məclisin Sədri kursantları salamlayıb. Kursantlar orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himnini ifa ediblər. Naxçıvan…

Milli Qurtuluş Gününün bəhrələri

İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksi istifadəyə verilib, fakültənin yaranmasının 20 illiyi qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını, universitetin bütün professor-müəllim heyətini və tələbələrini…

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub

Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir. İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olub. Naxçıvan Muxtar Respublikası Ali…

Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin təməli qoyulub

Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasında gənclərə qayğı əsas məsələlər sırasındadır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən etibarən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri başlayıb. İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş…

Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib

Muxtar respublikada ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasoı da diqqətdə saxlanılır. İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının…