Daxili işlər naziri Yardımlı rayonunda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 30-da və 31-də Yardımlı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Yardımlı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati…

Azərbaycan və Moldova Daxili İşlər nazirlikləri arasında Saziş imzalanıb

Mayın 24-də Moldova Respublikasının daxili işlər naziri cənab Adrian Efrosun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib. Nazir Adrian Efros və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi…

Dərin hörmət və ehtiramla anırıq!

Müstəqil Azərbaycanın memarı və qurucusu, müasir dövlətçiliyimizin xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan MR Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların rəhbər heyəti Ulu Öndərin Naxçıvanda yerləşən abidəsini ziyarət edib önünə güllər düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.