Daha 55 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Fevralın 28-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 366 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 55 nəfəri Vətən müharibəsinin…

Şahbuz rayon sakinlərinin müraciətləri dinlənilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şahbuz rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.

Əvvəlcə Şahbuz rayonundakı Şəhidlər Abidə Kompleksi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.

Sonra görüşdə Şahbuz rayonundan olan 23 şəhid ailəsi üzvünün və qazinin, eləcə də 138 rayon sakininin müraciəti dinlənilib.

Sədərək rayon sakinlərinin müraciətləri dinlənilib

  Fevralın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Sədərək rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.
Əvvəlcə Sədərək rayonundakı şəhidlər xiyabanı və ümummilli lider Heydər Əliyevin Sədərək rayonunun Heydərabad qəsəbəsindəki büstü ziyarət edilib, gül dəstələri qoyulub.
Sonra görüşdə Sədərək rayonundan olan 22 şəhid ailəsinin və 228 rayon sakininin müraciəti dinlənilib.

Naxçıvan MR Daxili İşlər naziri Şahbuz rayonunda vətəndaşları qəbul edib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov fevralın 23-də Şahbuz rayonunda növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə rayonda ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin abidə-kompleksini ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında qəbula gələn 44 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün…

Orta İxtisas Polis Məktəbində tədbir keçirilib.

DİN-nin OİPM-də ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir. Tədbirdə Naxçıvan MR daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov iştirak etmişdir. İlk öncə ulu öndərin, vətən müharibəsi şəhidlərinin və xidmət zamanı həyatını itirmiş həmkarlarımızın əziz xatirəsi etiramla yad edilmiş və dövlət himni səsləndirilmişdir. Andiçmə mərasimində çıxış edən nazir, gənc polislərə Azərbaycan Respublikasının daxili…

Azərbaycan və Qazaxıstan respublikalarının Daxili İşlər nazirlikləri arasında memorandum imzalandı

Fevralın 22-də Qazaxıstan Respublikasının daxili işlər naziri, polis general-polkovniki Marat Axmetjanovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iki günlük rəsmi səfərə gəlib. Nazir Marat Axmetjanov və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Həmin…

Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov fevralın 15-də və 16-da Cəlilabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Cəlilabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Neftçala, Biləsuvar, Cəbrayıl, Cəlilabad rayonlarından qəbula gələn 225 vətəndaşın müraciətini dinləyən nazir onların…

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb

Fevralın 10-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Səlahiyyətli nümayəndə Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı bir daha başsağlığını çatdırıb, öz növbəsində Baş konsul göstərilən yardımlara və dəstəyə görə təşəkkür edib. Görüşdə ölkələrimiz arasındakı strateji tərəfdaşlıqdan bəhs edilib, Azərbaycan Respublikasının Naxçıvan Muxtar…