Bayram tədbirləri keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Orta İxtisas Polis Məktəbinin rəisi, polis polkovnik-leytenantı Kamil Məmmədəliyev açaraq müəllim kollektivini və kursantları bayramlar münasibətilə təbrik edib. Qeyd olunub ki, daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək…

Xidmət mərkəzi sakinlərin gündəlik tələbatını ödəyəcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Böyükdüz kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Xidmət sahələrinin fəaliyyəti üçün mərkəzdə nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada kənddəki ailə təsərrüfatlarında istehsal…

Böyükdüz kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikada kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Çünki müasir və abad yol inkişaf və rahat həyat deməkdir. Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Böyükdüz kənd avtomobil yolunun açılışını edib. Məlumat verilib ki, ümumi uzunluğu 2600 metr olan kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. 600 metr…

Həkim ambulatoriyasında əhaliyə nümunəvi xidmət göstəriləcək

Muxtar respublikada müasir səhiyyə müəssisələrinin qurulması və icbari tibbi sığortaya keçid bu sahədə xidmətin səviyyəsini yüksəldib. Dekabrın 28-də Böyükdüz kəndində həkim ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 9 xidməti otaq, o cümlədən baş həkim,…

Kəngərli rayonunun Böyükdüz kəndi inkişafın yeni mərhələsində

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf dövrünü yaşayır. Həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar və aparılan quruculuq işləri ölkəmizdəki sabitliyi, inkişafı və ən əsası dövlət-xalq birliyini möhkəmləndirir. İnsanların rifahına hesablanmış kompleks islahatlar Heydər Əliyev siyasi xəttinin bəhrəsi kimi xalqımızın həmrəyliyini daha da gücləndirir. Naxçıvan Muxtar Respublikasında da yaşayış məntəqələri müasir görkəmə qovuşub,…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi əsgərlərlə görüşüb

Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının əsgərləri ilə görüşüb, onlara bayram sovqatı təqdim ediblər. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov əsgərlərlə səmimi söhbət edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası…

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsi fəaliyyətə başlayıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”. Bu gün muxtar respublikada sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Yeni istehsal sahələri yaradılır, daxili bazar yerli məhsullarla təmin olunur, iş yerləri açılır. Dekabrın 25-də “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının plastik kapsul və qapaq istehsalı sahəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası…

Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılmışdır. Babək rayonunda yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiq olunması da imkan verəcəkdir ki, əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstərilsin. Babək…

Babək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda müasir səhiyyə sisteminin yaradılması və əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunmasını diqqətdə saxlayır. Ölkəmizin iqtisadi qüdrətinin artması səhiyyənin davamlı inkişafına səbəb olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqi və bu sahədə idarəetmə sisteminin formalaşdırılması da görülən işlərin davamıdır. Dekabrın 24-də Babək rayonunda icbari tibbi sığortanın tətbiqi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verdi

2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki…