Naxçıvanda azərbaycanlıların soyqırımının 100-cü ildönümü qeyd edilib

Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoyub, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoyublar.…

Ali Məclisin Sədri Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 27-də “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik…

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaradıb. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalıb, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Ölkə Prezidenti…

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Martın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaq martın 15-də əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub. Dahi şəxsiyyətin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri,…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 26-cı ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbi qulluqçular təltif edilsinlər: “İgidliyə görə” medalı…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılsın. 2. “Naxçıvan Muxtar Respublikası Daxili İşlər…