Polis əməkdaşlarımızdan 5 medal

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşları arasında Bakı şəhərində sambo üzrə ölkə  birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da iştirak ediblər. İdmançılarımız ölkə birinciliyində 5 müxtəlif əyarlı medal qazanmağa müvəffəq olublar. Belə ki, 62 kiloqram çəki dərəcəsində Elşən Qasımov, 68 kiloqram çəki dərəcəsində isə Rəşad Həsənov gümüş medal qazanıblar. Siruz Ramazanlı (62 kiloqram), Mahir Babayev (74 kiloqram) və Cavid Qasımlı (82…

Gənc polis əməkdaşlarının andiçmə mərasimi olub

Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu keçən gənc polis əməkdaşlarının andiçmə mərasimi olub. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Sonra Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov və Nazirliyin Kadrlar Şöbəsinin rəisi, polis kapitanı Səadət ­İsgəndərli…

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub

İyulun 13-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 14 iyul 2019-cu ildə Azərbaycan xalqının dünyaya bəxş etdiyi qüdrətli şəxsiyyət, böyük dövlət xadimi, xilaskar və qurucu lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi tamam olur. “Mənim həyatımın məqsədi…

Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində “Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə” müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə iştirak edib. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Nurlan Pənahov çıxış edərək deyib ki, xidmətin fəaliyyətinin təşkili və maddi-texniki bazasının gücləndirilməsi…

Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı çərçivəsində muxtar respublikaya səfər edən gənclərlə görüşüb. Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək deyib ki, “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramı Ümummilli Liderin Azərbaycana rəhbərliyə gəlişinin 50 illiyi münasibətilə keçirilir. Proqram…

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qarşıya qoyulmuş vəzifələr və 2019-cu ilin I yarım ilində polis orqanlarının cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib. İclası Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açaraq geniş məruzə edib. Vurğulanıb ki, əsası…

Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib

iyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov aidiyyatı üzrə məlumat veriblər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, Kəngərli rayonunda icbari tibbi sığortaya keçidlə bağlı bütün işlər başa…

Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb

İyulun 5-də Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Kəngərli Rayon Mərkəzi Xəstəxanasının baş tibb bacısı Ramidə Rüstəmova yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edərək deyib: “Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Kəngərli rayonunda da bütün sahələr inkişaf etdirilir.…

Sədərək Gömrük İdarəsi üçün müasir kompleks qurulur

Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur. İyulun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kompleksin inşası ilə maraqlanıb. Məlumat verilib ki, 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan,…

Sədərək rayonunda Su Monitorinq Laboratoriyası istifadəyə verilib

İyulun 2-də Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilib.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib. Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Mais Əliyev çıxış edərək deyib ki, muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu sahədə dövlət proqramları…