Naxçıvanda Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir. Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilmişdir. Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin KirazTürkiyə CümhuriyyətininPrezidenti…

Naxçıvanda Qars müqaviləsinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Qars müqaviləsinin imzalanmasından 100 il ötür. Ümummilli…

Yeni xidmət mərkəzində 5 nəfər işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dərvişlər kəndində xidmət mərkəzinin də açılışını etmişdir. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılmış, 5 nəfər işlə təmin olunmuşdur. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına…

Abad kənd yolundan bəllidir

İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir. Naxçıvan şəhərində olduğu kimi, rayon və kəndlərdə də avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Dərvişlər kənd avtomobil yolu yenidən qurulmuşdur. Oktyabrın 25-də Naxçıvan…

Dərvişlər kənd mərkəzində hərtərəfli şərait yaradılıb

Oktyabrın 25-də Dərvişlər kənd mərkəzi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanmışdır. Məlumat verilmişdir ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38…

“Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi yenidən qurulub

Muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən olan Şərur rayonunda iqtisadiyyatın bütün sahələri inkişaf etmiş, aqrar sahədə islahatların əhatə dairəsi genişlənmişdir. Bunun nəticəsidir ki, Şərur artıq aqrar sahədə inkişafın yeni mərhələsini yaşayır. Rayonda torpaq mülkiyyətçilərinin keyfiyyətli toxum sortları ilə təmin edilməsində və əkinçilikdə yeni metodların tətbiqində akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsi…

Şərur rayonunun Dərvişlər kəndində yeni sosial obyektlər istifadəyə verilib

Bu gün muxtar respublikada kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və inkişafı təmin etmişdir. Şərur rayonunun Dərvişlər kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, yeni sosial obyektlər istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “…Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hildi Hamidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.         Ali Məclisin Sədri ikitərəfli əlaqələrdən bəhs etmiş, 2018-ci ildə İndoneziya nümayəndə heyətinin Naxçıvan İslam Mədəniyyətinin Paytaxı tədbirlərində iştirakını, eləcə də İndoneziya səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfərlərini xatırlatmışdır. İkinci Qarabağ…

Naxçıvanda “Arıçılıq məhsulları-bal satış yarmarkası” keçirilib

Muxtar respublikanın iqlim şəraiti, zəngin bitki örtüyü bu ərazidə qədim zamanlardan bəri insanların arıçılıq təsərrüfatı ilə məşğul olmasına əlverişli şərait yaratmışdır. Bu gün dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına xüsusi önəm verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın…

Dövlət təltifləri təqdim olunub

Oktyabrın 15-də Naxçıvanda 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası fəxri adlarının və gənc istedadlara xüsusi aylıq təqaüdün təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycanda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən 30 il ötür.…