Naxçıvanda Türkiyə Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil ­edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz Türkiyə Cümhuriyyətinin Prezidenti…

Xidmət mərkəzinin açılışı olub

Həmin gün Gülşənabadda xidmət mərkəzi də fəaliyyətə başlayıb. Açılışı bildirən lent kəsildikdən sonra məlumat verilib ki, 4 nəfərin işlə təmin olunduğu xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq malları mağazası və anbar fəaliyyət göstərir. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir. Sonra kənd sakinləri ilə görüş olub. Ali Məclisin Sədri Gülşənabad…

Gülşənabad kənd avtomobil yolu yenidən qurulub

Kəndlərin inkişafının əsas cəhətlərindən biri də müasir yol infrastrukturudur. Hər il muxtar respublikanın kəndlərində digər sosial obyektlərlə yanaşı, rahat və abad yollar da istifadəyə verilir. Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gülşənabad kənd avtomobil yolunun açılışını edib. Bildirilib ki, 2,8 kilometrlik kənd yoluna asfalt örtük salınıb, 1 kilometrə yaxın yolda təmir…

Kənd mərkəzi fəaliyyətə başlayıb

Oktyabrın 28-də Gülşənabad Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. 2 mərtəbəli binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 4174 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, klub, Yeni Azərbaycan Partiyası…

Müasir Azərbaycan kəndi – Gülşənabad
Kompleks quruculuq işləri kəndin yeni inkişaf tarixinin əsasını qoyub

Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, Yeni Əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək”. Ulu Öndərimizin ideyalarının reallaşması müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının müasir inkişaf modelini yaradıb. Güclü iqtisadiyyata və sosial rifaha hesablanmış…

Peşəkar zabit kadrların hazırlanması üçün hər cür şərait yaradılıb

Neçə illərdir ki, naxçıvanlılar az qala hər gün bir yeniliyin şahidi olurlar. Bu, muxtar diyarımızda yaradılan sabitliyin, nail olunmuş sosial-iqtisadi inkişafın bəhrəsi kimi hər birimizi ürəkdən sevindirir, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu inkişafın bütün sahələri əhatə etməsi isə göz qabağındadır. Ötən ilinmart ayında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Orta İxtisas Polis Məktəbinin yaradılması haqqında” muxtar respublika rəhbərinin imzaladığı Fərman hamının ürəyincə oldu. Bu sahə üzrə təhsil almaq…

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər yaradılmışdır

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Buna görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. Oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, Azərbaycanda təhsilə qayğının əsası ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qoyulmuş, gənclərin təhsil alması üçün hərtərəfli şərait yaradılmışdır.…

Alışar kəndində xidmət mərkəzinin açılışı olub

Həmin gün Alışar kəndində xidmət mərkəzi istifadəyə verilib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Kənddəki ailə təsərrüfatlarında istehsal olunan 80 adda məhsul alıcılara təklif olunur. Mərkəzdə 6 nəfər işlə təmin olunub. Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub. Ali…

Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub

Bu il Şərur rayonunda aparılan quruculuq işləri Alışar kəndini də əhatə edib. Kənd və xidmət mərkəzlərinin inşa olunması, yolun yenidən qurulması Alışarın quruculuq xəritəsini tamamlayıb. Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar Kənd Mərkəzinin açılışını edib. Bildirilib ki, bir mərkəzdən idarəetmənin təşkilində kənd mərkəzlərinin mühüm rolu vardır. Mərkəzdə rabitə evi, polis…