Vətən, millət yolunda canından keçənlər unudulmur

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti – dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacağıq”. Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun ətrafında sıx birləşərək ərazi bütövlüyümüz uğrunda mübarizəsi müstəqilliyimizin əbədi və sarsılmaz olduğunu bir daha təsdiq etdi. Vətən müharibəsində tarixi qələbənin qazanılmasında mərd oğullarımızın…

Yeni torpaqlar əkin dövriyyəsinə qatılır

Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yaralı hərbçilərlə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir… Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”. Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsinə xüsusi diqqət yetirilir. Noyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali…

Naxçıvanda şəhidlərə böyük ehtiram göstərilir
Vətən yolunda şəhid olanlar əbədiyaşardırlar

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Çünki bu, bizim haqq işimiz idi. Ümummilli…

Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirib ki, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılıb, külək turbinlərinin bünövrəsi qoyulur. Həmçinin burada yarımstansiya tikilir. Ali Məclisin Sədri ərazinin çəpərlənməsi,…

Culfa şəhərində 11 yaşayış binası yenidən qurulub

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Culfa şəhərində yenidənqurmadan sonra istifadəyə verilən yaşayış binalarında görülən işlərlə tanış olub. Məlumat verilib ki, 11 yaşayış binası yenidən qurulub, həyətləri abadlaşdırılıb, binaların ətrafındakı yollara asfalt qatı verilib. Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib. Ali Məclisin Sədri…

Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri yeni binada fəaliyyət göstərəcək

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır”. Muxtar respublikada bütün sahələr kimi, təhsil də qayğı  ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, ötən illərdə 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta…

Culfa rayonunda yeni sosial obyektlər istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunu da əhatə etmişdir. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti yaranmasının 90 ili tamam olan Culfa rayonunda sakinlərin firəvan yaşayışını təmin etmişdir. Bu il də rayonda kompleks tikinti-quruculuq işləri həyata keçirilib. Culfa Rayon Dövlət…

Naxçıvanda şəhidlərin qarşılanma mərasimi olub

Hər bir ordunun gücü onun şəxsi heyətinin vətənpərvərliyində və birliyindədir. Vətənpərvərlik, birlik həm də ölkənin müstəqilliyinin təminatıdır. Bu gün Azərbaycanda dövlət-xalq-ordu birliyi vardır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Xalq ilə Azərbaycan Prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir”. Azərbaycan xalqının ölkə başçısı cənab İlham Əliyevin və ordumuzun…

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında “Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr” müzakirə olunub. Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə,…