Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilmiş, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunmuşdur. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəltmişdir. İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hava limanında aparılan tikinti-quraşdırma işləri ilə…

Naxçıvanda Silahlı Qüvvələr Günü qeyd olunub

Şahbuz şəhərində xidməti yaşayış binasının və qüsursuz  xidmət edən hərbçilərə mənzillərin təqdimatı olub İyunun 25-də – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilmiş, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən…

Naxçıvanda Birinci Beynəlxalq Tibbi Forumun açılışı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il  iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalamış, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. İyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında Birinci Beynəlxalq Tibbi Forumun açılış tədbiri keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov forumun açılışında iştirak etmişdir. Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin…

Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibəti ilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir. Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir. Ali Məclisin Sədri kursantları salamlamışdır. Kursantlar orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmişlər. Naxçıvan…

Polis sahə inspektorlarına xidməti planşetlər təqdim edilmişdir

Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən tədbirdə geniş məruzə ilə çıxış edən daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov bildirmişdir ki, muxtar respublikamızda ötən müddət ərzində qazanılan ən mühüm nailiyyətlərdən biri ictimai təhlükəsizliyin və asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, kriminogen durumun sabitliyidir. Bu nailiyyətlərin əldə olunması Naxçıvan Muxtar Respublikası…

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilmiş, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri sırasında heyvandarlığın inkişafı xüsusi yer tutur. Müstəqillik illərində muxtar…

Naxçıvanda “STEAM təhsil festivalı” keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulmuşdur. İyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının…

“Şuşa ili” ilə əlaqədar tədbir keçirilmişdir

  Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin birgə təşkilatçılığı ilə 2022-ci ilin “Şuşa ili” elan olunması ilə əlaqədar “Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin…

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillər təqdim olunmuşdur. Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gün – Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və…

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Görülən bu işlər bələdiyyələrin fəaliyyətinin gücləndirilməsinə də töhfə verir. İyunun 8-də muxtar…