Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib

İyulun 27-də Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz ölkələri üzrə vitse-prezidenti James Chen açılışı bildirən lenti kəsiblər. Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq trans avrasiya fiber optik magistrallarına ikitərəfli çıxış təmin…

Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib

1990-cı il iyulun 22-də ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı milli qurtuluşumuzun başlanğıc tarixinə çevrildi. Dahi şəxsiyyətin muxtar respublikada həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Azərbaycanın bugünkü inkişafına hesablanıb. İlk dəfə Naxçıvandan başlanan aqrar islahatlar Ulu Öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra genişləndirilərək iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Hazırda ölkəmizdə və onun Naxçıvan…

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr müzakirə olunub

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulan vəzifələr və 2018-ci ilin birinci yarımilində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən kollegiya iclasında daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Naxçıvan…

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə görüşüb. İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari səmimi qəbula görə minnətdarlıq edib, Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını…

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir

İyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir: 1. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi 3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi Gündəlikdə duran…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan iqtisadi və mədəni yüksəlişə nail olmuş, bütün sahələrdə böyük uğurlar qazanılmış, ölkənin gələcək müstəqilliyinin əsası qoyulmuşdur. Bu gün Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilmiş, dövlətxalq birliyi və sabitlik…

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib

Muxtar respublikada müasir avtobusların alınaraq xəttə buraxılması və tələbata uyğun hərəkət qrafikinin seçilməsi sərnişindaşıma xidmətinin səviyyəsini xeyli artırıb. İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar…

Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yaşayış binası tikilir

Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası tikilir. İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov…

Kəngərli rayonunda yeni yaşayış binası inşa olunur

Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm alıb. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişib, sakinlərin rahat yaşayışı təmin olunub, məskunlaşma artıb. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün yeni yaşayış binası tikilir. İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif…