Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunub

Muxtar respublikada tarixi abidələrin bərpası dəyərlərimizə və mədəni irsimizə sahiblik nümunəsi kimi böyük əhəmiyyət daşıyır. Ali Məclis Sədrinin tapşırığına əsasən muxtar respublikanın qədim yaşayış məntəqələrindən olan Şahtaxtı kəndindəki Şərq hamamı bərpa olunmuşdur. Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan bərpa işləri ilə maraqlanıb. Tarixi abidələrin bərpası üzrə mütəxəssis, memar Arif Əzizov…

Kəngərli rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb. Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev məlumat verib ki, layihə çərçivəsində Qıvraq qəsəbəsində və Şahtaxtı kəndində su və kanalizasiya şəbəkəsinin, Qarabağlar, Yurdçu, Xok və Qabıllı kəndlərində su…

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir”.  Ulu öndərimizin müəllifi olduğu dövlət müstəqilliyinin bəhrəsi qüdrətli Azərbaycandır. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə dahi şəxsiyyətin ideyalarının həyata keçirilməsi müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirir. “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib

Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilmişdir. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir. 1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi 2. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi 3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

“İxrac ilinə” mühüm töhfə
“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası zəngin mineral su ehtiyatlarına malikdir. Bu gün muxtar respublikanın dayanıqlı sosial-iqtisadi inkişafı təbii sərvətlərimizin sənaye üsulu ilə istehsalına şərait yaradıb, Naxçıvan ölkəmizin əsas mineral su ixracatçısına çevrilib. “İxrac ili”ndə Badamlı mineral suyunun şöhrətinin geri qaytarılması və yeni zavodun tikilməsi də bu sahədə görülən işlərin davamıdır. Mayın 22-də Şahbuz rayonunun Badamlı qəsəbəsində “Badamlı” Mineral…

Muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib
Yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış olub

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək”. Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub.…

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır. Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq ediblər. Sonra sakinlərlə görüş olub. Naxçıvan Muxtar…

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir. Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Həkim ambulatoriyasında 8…

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib. Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var. Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan…

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır

Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olub. Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir. Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının…