Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

Naxçıvanda arıçılığın qədim ənənələri vardır. Bu gün  də muxtar respublikada arıçılıq inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası bu sahəyə marağı artırmış, yeni arıçılıq təsərrüfatları yaranmış, festival ənənəsi formalaşmışdır. Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey…

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatı xeyli möhkəmləndirilmişdir. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir. Sentyabrın 25-də Naxçıvan…

Gələcək polislərin and içmə mərasimi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində gələcək polislərin andiçmə mərasimi keçirilib. Tədbirə gələn Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərova raport verildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Nazir polis andı qəbul edəcək kursantları, məktəbin pedaqoji kollektivini bu münasibətlə təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər…

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”. Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin…

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada əsasən yerli məhsullar…

Camaldın Kənd Mərkəzinin açılışı olub

Sentyabrın 15-də Camaldın kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, poçt bölməsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir.…

Həkim ambulatoriyası əhalinin sağlamlığına xidmət göstərən ünvandır

Bu gün muxtar respublikada səhiyyənin inkişafı diqqət mərkəzindədir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edib. Sentyabrın 15-də Camaldın kəndində həkim ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi…

Camaldın-Ərəzin kənd avtomobil yolu istifadəyə verilib

Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, həm də ölkəmizin iqtisadi qüdrətinin mühüm göstəricisidir. Muxtar respublikamızda müasir və təhlükəsiz yol şəbəkələri yaradılır, kənd yollarının yenidən qurulması diqqətdə saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Camaldın-Ərəzin kənd avtomobil yolu yenidən qurulmuşdur. Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…

Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Culfa rayonunun Camaldın kəndində yeni sosial obyektlər istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası yaranmasının 90 illiyi tamam olan Culfa rayonunu da əhatə edib. Bu il rayonun Camaldın kəndi abadlaşan kəndlər sırasına qoşulub. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, iş və xidmət şəraiti sakinlərin rahat yaşayışına səbəb olub. Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib Sentyabrın 15-də – Bilik Günündə Camaldın kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Naxçıvan…

Gələcək polislər yeni dərs ilinə yüksək ovqatla başladılar

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində 2020-2021-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri, general-leytenant Fazil Ələkbərova raport verdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Tədbirdə çıxış edən Daxili işlər naziri Fazil Ələkbərov yeni tədris ilinin başlanması münasibətilə pedaqoji kollektivi…