Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dövlət himni səsləndirilmişdir. Tədbir iştirakçıları “Ümummilli lider Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda çıxış etmiş, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət,…

Əlahiddə Çevik Polis Alayında ulu öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Aprelin 19-da Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Tədbiri giriş…

Daxili işlər naziri Sabirabadda vətəndaş qəbulu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov aprelin 17-də Sabirabad Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Sabirabad şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarından qəbula…

Bakı Şəhər Baş Polis İdarəsində Ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib.

“Həyatını Vətəninə və xalqına həsr edən Heydər Əliyevin xilaskarlığı nəticəsində Azərbaycan təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi”. Bu fikirlər Ulu Öndərin 100 illiyi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində keçirilən tədbirdə bildirilib. Çıxış edən baş idarənin rəis müavini polis general-mayoru Vüqar Ələkbərov bildirib ki, müstəqilliyimizin ilk illərində bir tərəfdən ölkə…

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Aprelin 14-ü Daxili İşlər Nazirliyində mülkiyyət əleyhinə cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılmasının, prosessual araşdırmalar zamanı qanunçuluğa və uçot-qeydiyyat intizamına riayət edilməsinin, ailə münaqişəsi zəminində törədilən cinayətlərin profilaktikası sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, möhkəm…

Naxçıvanda şəhidin qarşılanma mərasimi keçirilib

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən 3 hərbi qulluqçumuz şəhid olub. Onlardan biri də Naxçıvandan olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər Tağıyev Səbuhi Gündüz oğludur.…

Daxili Qoşunların Ali Hərbi Məktəbində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan Ali Hərbi…

Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

Aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsinin…