Vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet…

Nazir V.Eyvazov: “BMT ilə faydalı əməkdaşlıq davam etdirilir”

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonağı salamlayan nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və…

Nazir Vilayət Eyvazov Salyanda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 17-18-də Salyan Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə Salyan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Hacıqabul, Kürdəmir, Salyan, Şirvan şəhər və rayonlarından qəbula gələn 153 vətəndaşın müraciətini dinləyən nazir onların…

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətlərinin birgə məlumatı

İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə…

Daxili İşlər Nazirliyində “Heydər Əliyev ili”nə həsr olunmuş tədbirlər davam edir.

Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə mayın 6-da Daxili İşlər Nazirliyinin rəhbər heyəti, əməkdaşları və hərbi qulluqçuları Fəxri Xiyabana gələrək Ulu Öndərin abidəsi önünə çiçək dəstələri düzüblər. Görkəmli oftomoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib. Sonra Nazirlikdə ümummilli liderin yubileyinə…