Vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az…

DİN-in Daxili Qoşunlarının Ali Hərbi Məktəbində növbəti buraxılış olub

İyunun 23-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.  Tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz…

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyətinə

Hörmətli həmkarlar! Sizi Milli Qurtuluş Günü münasibətilə ürəkdən təbrik edir, ən xoş  arzularımı çatdırıram. Ümummilli lider Heydər Əliyevin xalqın xilası missiyasını öz üzərinə götürdüyü 1993-cü il iyunun 15-i dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələrindən biridir. Ölkəmizin taleyində dönüş anı olan həmin dövrdə ayrı-ayrı silahlı dəstələrin kriminal əməlləri, vətəndaş müharibəsi, separatçılıq və parçalanma meyilləri kimi…

Bakıda MDB-nin paytaxt polis rəislərinin iclası keçirilib

İyunun 14-də Daxili İşlər Nazirliyində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanlarının paytaxt qurumları rəhbərlərinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.  Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qonaqları salamlayıb, iclasın işinə uğurlar arzulayıb. O, gündəlikdəki bütün məsələlərin aktuallığını, onların daxili işlər orqanlarının qarşısında…

Nazir V.Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 12-13-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib. Nazir əvvəlcə İsmayıllı şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib. Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan və Şamaxı rayonlarından qəbula gələn 161 vətəndaşın müraciətini dinləyən nazir onların…

DİN-də AŞPA-nın həmməruzəçiləri ilə görüş keçirilib

Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 5-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb. Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir V.Eyvazov qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən…