Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb.
Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin muxtar respublikada həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Təhsil və mədəniyyət sahələrində əlaqələrin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri səfirlik tərəfindən 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Naxçıvanda məhdud fiziki imkanlı şəxslər üçün göstəriləcək tamaşanın məmnunluqla qarşılanacağına əminliyini bildirib və buna görə qonağa təşəkkür edib.
Uilyam Qil səmimi münasibətə və səfirlik tərəfindən keçirilən tədbirlərə göstərilən dəstəyə görə minnətdarlıq edib. Ölkələrimiz arasındakı əlaqələrdən danışan qonaq muxtar respublikaya ilk dəfə səfər etdiyini və bundan böyük məmnunluq duyduğunu bildirib.