Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi nazirliyin müvafiq qurumlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Ali təhsilli və kompyuter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük veriləcəkdir.

İştirak etmək istəyən şəxslər Naxçıvan MR Daxili İşlər Nazirliyinin elektron poçt ünvanına(info@nmia.gov.az) və ya şəxsiyyət vəsiqəsi, hərbi bilet, attestat və ya diplom ilə birlikdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar Şöbəsinə müraciət etməlidirlər.
Əlavə məlumat üçün
əlaqə telefonu: (036)-550-17-79
elektron poçt ünvanı: info@nmia.gov.az