Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin maddi texniki bazasının gücləndirilməsi üçün daha 20 yeni xidməti avtomobil göndərilib.

Bu gün həmin avtomobillər müvafiq qurumların istifadəsinə verilib.