Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan və Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azadolundu.Lakin noyabrın 16-da Ermənistan dövlət sərhədində növbəti təxribat törədib. Ordumuz tərəfindən düşmən təxribatının qarşısı qətiyyətlə alınıb. Döyüş əməliyyatları zamanı 7 hərbiqulluqçumuz şəhidlik zirvəsinə yüksəlib.
Vətən müharibəsində göstərdiyi şücaətəgörə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi noyabrın18-də muxtar respublikaya gətirilmişdir.
Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri,Türkiyənin Naxçıvandakı baş konsulu,Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərivə şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.
Şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salındı.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi