İqtisadi inkişafın başlıca şərtlərindən biri də yol infrastrukturunun yaradılmasıdır. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsidir. Naxçıvan şəhərində olduğu kimi, rayon və kəndlərdə də avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Dərvişlər kənd avtomobil yolu yenidən qurulmuşdur.
Oktyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.
Bildirilmişdir ki, ümumi uzunluğu 4,8 kilometr olan yola asfalt örtük salınmış, 800 metrlik kənddaxili yollara qum-çınqıl qatı verilmiş, 20 su keçidi qoyulmuş, 1100 metr beton su kanalı çəkilmişdir.