Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb.

Məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaqdır.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.