Hörmətli naxçıvanlılar !
- Sağlam gələcək naminə özünüzün və doğmalarınızın evdə qalmalarını təmin edin.
- Kütləvi tədbirlərin (qonaqlıqların, ad günü tədbirlərinin, nişan mərasimlərinin və s.) təşkilindən və ya bu cür tədbirlərdə iştirak etməkdən yayının.
- Səyahət etməkdən çəkinin.
- Mümkün qədər ictimai nəqliyyatdan istifadə etməyin.
- Zərurət olmadıqca şəxsi avtomobilinizdən istifadə etməyin.
- Sosial şəbəkələrdə yanlış məlumatların yayılmasına şərait yaratmayın, yalnız rəsmi məlumatlara əsaslanın.
- Karantin rejimi ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə sözsüz əməl edin.
- Xidmətdə olan polis əməkdaşlarının vəzifələrinin icrasına köməklik göstərin.
- Unutmayın ki, karantin qaydalarına riayət etməklə özünüzün və doğmalarınızın həyat və sağlamlıqlarını qoruyursunuz.
Yadda saxlayın: Karantin qaydalarının pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) əsasən inzibati məsuliyyətə səbəb olur.
Biz sizin üçün xidmətdəyik, Siz də bizim üçün evdə qalın