Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə birincilik keçirilib.

Yarışda 16 komandanın 100-ə yaxın asayiş keşikçisi, qol güləşi və ağırlıq daşlarının qaldırılması üzrə güclərini sınayıblar. 2 idman növünün cəmində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat briqadası komandası rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Dəmiryol Nəqliyatında Polis şöbəsi ikinci, Naxçıvan Şəhər Polis İdarəsi isə üçüncü olub.

Sonda qalib gələn komandalara diplomlar təqdim edilib.