Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının ümumi yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov açıb.
Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov şuranın 2019-cu il ərzində gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, polis veteranları ilə işin təşkil olunmasından çox az bir müddət ötür. 2018-ci ilin oktyabr ayında keçirilən veteranların ilk ümumi yığancağından və nazirliyin Veteranlar Şurasının yaradılmasından sonra 2019-cu il ərzində şura ulu öndər Heydər Əliyev tərəfındən müəyyən olunmuş və “Veteranlar haqqında” qanunla təsbit edilmiş prinsiplərə əsaslanaraq muxtar respublika daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən aparılan siyasətə uyğun şəkildə, eləcə də nazirliyin müvafiq normativ sənədləri və Daxili İşlər nazirinin verdiyi tapşırıq və tövsiyyələr əsasında fəaliyyət göstərib.
Diqqətə çatdırılıb ki, hesabat dövründə şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdasların pesə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluga ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranların yaxından iştirakı təmin olunub. Onların təhsil müəsisələrində, müxtəlif mərasimlərdə, kütləvi tədbirlərdə ictimaiyyət nümayəndələri qarşısında çıxısları təşkil edilib. Veteranlar ictimai təhlükəsizliyin təmin edilməsinə, cinayətlərin profilaktikası və açılmasına, əhali arasında hüquqi maarifləndirmə tədbirlərinə və digər işlərə də cəlb olunublar.
Mərzuzə ətrafında şəhər və rayon polis şöbələri veteranları şuralarının sədrləri, Şərur və Babək Rayon Polis şöbələrinin rəisləri çıxış ediblər. Sonra qərar layihəsi oxunub. Yığıncaqda nazir, general-leytenant Fazil Ələkbərov çıxış edərək bildirib ki, şərəfli xidmət, rəşadətli döyüş yolu keçərək “veteran” adını qazanmış belə insanlara böyük dəyər verən Ali Məclisin Sədri cənab Vasif Talıbov onların xidmətini yüksək qiymətləndirərək demişdir: “Bu şəxslərin vətən yolunda göstərdikləri xidmətlər digər insanla üçün də nümunədir, onlar yalnız bir amal – Vətən yolunda xidmət etmişlər Ona görə də müvafiq kateqoriyadan olan insanlar ölkəmiz və xalqımı; qarşısındakı xidmətlərinə görə dövlətimizin himayəsi və qayğısı altında yaşayacaqlar”.
Qeyd olunub ki, nazirlik sistemində həyata keçirilən struktur islahatların tərkib hissəsi olaraq, daxili işlər orqanlarında polis veteranları ilə aparılacaq işin təşkili və veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas hədəflərdən biri kimi qarşıya qoyulub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə polis veteranları daxili işlər orqanlarına yaxından köməklik edərək bir sıra istiqamətlər üzrə ardıcıl fəaliyyət göstəriblər. Xüsusilə inzibati hüquqpozmalar, münaqişəli ailələr, təmizlik-abadlıq işləri, əhalidə olan silahların yığılması və sair istiqamətlərdə aparılan işlərdə xüsusi aktivlik hiss olunmaqdadır.
Nazir vurğulayıb ki, Veteranlar şuraları və ərazi polis orqanlarının müvafiq xidmətləri daxili işlər orqanlarından təqaüdə buraxılmış bütün polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunması üçün tədbirləri davam etdirməli və onların hamısı ilə sıx əlaqə yaradılmalıdır. Bu məqsədlə polis orqanlarında veteranlarla mütəmadi görüşlər keçirilməli, onların sosial problemlərinin həllində köməkliklər göstərilməlidir.
Qeyd olunub ki, polis veteranlarının imkanlarından milli və dövləti maraqların təmin olunması istiqamətində geniş istifadə edilməli, veteranlarımız mütəmadi olaraq dövlət əhəmiyyətli aktual mövzularla kütləvi informasiya vasitələrində çıxışlar etməlidirlər. Hamilik işinin təşkilində, peşəkar kadr potensalının formalaşdırılması və şəxsi heyət arasında psixoloji durumun daha da yüksəldilməsi istiqamətində veteranların köməyindən istifadə olunmalıdır.
Nazir deyib ki, bu gün muxtar respublikanın hər bir guşəsi quruculuq-abadlıq işləri ilə əhatə olunub. Ona görə də polis veteranları fəaliyyətlərini aktiv şəkildə davam etdirilməli, mövcud infrastrukturun qorunması və təmizlik işlərinin aparılmasında bilavasitə iştirak etməklə əhali arasında maarifləndirici-profilaktiki söhbətlər aparmalıdırlar. Həmçinin onlar ictimai-siyasi vəziyyətlə də ciddi maraqlanmalı, sosial şəbəkələrdə yayılan və həqiqətə uyğun olmayan məlumatların təkzib olunması təmin etməlidirlər.
Nazirliyin Veteranlar Şurası, aid xidmət rəisləri və ərazi polis orqanlarının rəisləri veteranlarla qarşılıqlı birgə fəaliyyətin səmərəli təşkili istiqamətində lazımi tədbirləri həyata keçirməlidirlər.
Nazir Naxçıvan Muxtar Respublikasında veteranlarla aparılan işin Ali Məclisin Sədri cənab Vasif Talıbovun xüsusi nəzarəti, diqqət və qayğısı ilə əhatələnərək bu işin səmərəliliyini artırmağı vurğulayaraq onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda fəaliyyəti ilə fərqlənən polis veteranları mükafatlandırılıb.