Naxçıvanda Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası aparılıb

Ümummilli lider Heydər Əliyev demişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”. Aparılan araşdırmalar nəticəsində burada tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar…

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmalıdır. Müşavirədə Naxçıvan…

Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik etmiş, gələcək təhsildə gənclərə uğurlar arzulamışdır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov…

NAXÇIVAN MUXTAR RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ VAKANT OLAN SIRAVİ VƏ KİÇİK RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNƏ XİDMƏTƏ QƏBULLA ƏLAQƏDAR MÜSABİQƏ ELAN EDİR

Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Sıravi və kiçik rəis heyəti vəzifələrinin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri…

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

Avqustun 22-də  – “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir. Bildirilmişdir ki, 5-ci sərhəd zastavası 1932-ci ildən…

Naxçıvanda Bağ Evləri yaşayış-istirahət məntəqəsinin təqdimatı olub

Şəhər və qəsəbələrdə yaşayan əhalinin istirahətinin səmərəli təşkili, yaşıllıqların artırılması, torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bağ təsərrüfatının yaradılması və istifadəsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Uzunoba gölü ətrafında yerləşən 20 hektar istifadəsiz torpaq sahəsi 2019-cu ildən bağ təsərrüfatı yaradılması üçün vətəndaşların istifadəsinə ayrılmış, ərazidə yeni Bağ Evləri yaşayış-istirahət məntəqəsi salınmışdır. Avqustun 11-də Bağ Evləri…

Naxçıvanda mənzillərin, avtomobillərin və dövlət təltiflərinin təqdimatı olub

Avqustun 6-da şəhid ailəsinə və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni mənzilin, Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin gənc istedadlara xüsusi aylıq təqaüdünün təqdimat mərasimi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmiş, şəhid…

Naxçıvanda şəhid ehtiramla qarşılandı

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik nümunəsi gənc nəsil üçün nümunədir. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”. Avqustun 5-də…

Yarım ilin yekunları kollegiya iclaslarında müzakirə olunub

 Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar ­Şurasının 2022-ci il birinci yarısının yekunlarına dair yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 fevral 2022-ci il tarixdə daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçiri­lən…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr və yarım ilin yekunları müzakirə edilib

 Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilmişdir. İclası daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 fevral 2022-ci ildə Naxçıvan Muxtar Respublikası daxili işlər…