Qəhrəmanlıq və şərəf tariximiz
Naxçıvanda 20 Yanvar faciəsinin 31-ci ildönümü yad edilib

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlib. Ali Məclisin Sədri xiyabandakı Ana abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib. Sonra Dövlət Himni səslənib. Ali Məclisin Sədri şəhidlərin məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə…

Naxçıvanda insan amili dövlət siyasətinin əsas prioritetidir
Şahbuz rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində

Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə edib. Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə…

Şahbuz Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb

Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən…

İnsan sağlamlığı dövlət siyasətinin əsas prioritetidir

Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Yanvarın 14-də Şəhriyar kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhiyyə ocağının fəaliyyəti ilə maraqlanıb. Məlumat  verilib  ki,  ambulatoriya 8 otaqdan ibarətdir.…

Şəhriyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib. Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib. Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə…

Abad diyar yolundan bəllidir

Sakinlərin rahatlığına xidmət edən quruculuq tədbirləri çərçivəsində abadlaşan Şəhriyar kəndinin avtomobil yolu da yenidən qurulub. Yanvarın 14-də avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə tanış olub. Məlumat verilib ki, 3580 metrlik kənd avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Yolun üzərində yol hərəkət nişanları qoyulub, 17 su…

Şəhriyar Kənd Mərkəzində hərtərəfli şərait yaradılıb

Yanvarın 14-də Şəhriyar Kənd Mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi,…

Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbi yeni binada fəaliyyət göstərəcək

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yanvarın 14-də Şəhriyar Kənd Uşaq-Musiqi Məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan…

İnsana qayğı, yüksək rifah, sabitlik və inkişaf
Şərur rayonunun Şəhriyar kəndində kompleks quruculuq işləri görülüb

Bu gün Naxçıvan Muxtar Respublikasındakı sabitlik və tərəqqi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tərkib hissəsi və məntiqi davamıdır. Ötən 25 ildə əhalinin rahat yaşayışının təmin olunması və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri bütün yaşayış məntəqələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycanın digər bölgələri…

Dövlət-ordu-xalq birliyi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Şərur rayonundakı hərbi hissədə olub

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir”. Əsası ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulan həmrəylik və ordu quruculuğu siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir. Birlik və həmrəylik ölkəmizin davamlı inkişafını təmin etməklə yanaşı, həm də ordumuzun qüdrətini artırır. Bunun…