Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Yanvarın 23-də Daxili İşlər Nazirliyində cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham…

Naxçıvanda 20 Yanvar faciəsinin 33-cü ildönümü yad edilib

Yanvarın 20-də dövlət və hökumət nümayəndələri Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəliblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra dövlət və hökumət nümayəndələri şəhidlərin məzarlarını, xiyabandakı Ana abidəsini və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin…

DİN-in şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, unudulmaz və müqəddəs xatirələrini yad ediblər.

Əməliyyat müşavirəsi keçirildi

Yanvarın 18-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2022-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Nazir V.Eyvazov 2022-ci ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib. Bakı şəhər BPİ-nin, eləcə də onun aidiyyəti struktur qurumlarının…

Nazir V.Eyvazov: “Polis vətəndaşın güvən yeridir…”

Yanvarın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə DİN-in Əlahiddə Çevik Polis Alayında 2022-ci ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Tədbirdə çıxış edən nazir V.Eyvazov ölkədə mövcud olan sabitliyin və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu, əldə edilən…

Daxili Qoşunların Hərbi Şurasının növbəti iclası keçirilib

Yanvarın 10-da Daxili Qoşunların Baş İdarəsində “2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında”  Hərbi Şuranın iclası keçirilib. İclasda giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini – daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov diqqətə çatdırıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti ötən il ərzində təhlükəsizliyin təmin…

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib

Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib: 1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi 3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi Gündəlikdə…

Culfa rayonunda vətəndaş qəbulu keçirilib, onların problemlərinin həlli üçün tapşırıqlar verilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində aparılan kadr islahatından sonra vətəndaşların qəbulu, şikayət və ərizələrinə baxılması, problemlərinin həll edilməsi üçün nəzarətə götürülməsi işinə ciddi yanaşılır. Yanvarın 9-da Culfa Rayon Polis Şöbəsinin inzibati binasında növbəti belə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov 63 nəfəri şikayətlərinin öyrənilməsi üçün qəbul edib, onların…

Şərur rayon sakinlərinin müraciətləri dinlənilib

Yanvarın 7-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şərur rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.     Əvvəlcə rayon mərkəzindəki ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub. Sonra sakinlərin müraciətləri dinlənilib. Görüşdə 203 rayon sakininin şikayəti dinlənilib.     Görüşdən sonra Şərur şəhərindəki şəhidlər xiyabanı ziyarət edilib. Yanvarın 9-da…