Culfa rayonunda vətəndaş qəbulu keçirilib, onların problemlərinin həlli üçün tapşırıqlar verilib
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində aparılan kadr islahatından sonra vətəndaşların qəbulu, şikayət və ərizələrinə baxılması, problemlərinin həll edilməsi üçün nəzarətə götürülməsi işinə ciddi yanaşılır. Yanvarın 9-da Culfa Rayon Polis Şöbəsinin inzibati binasında növbəti belə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov 63 nəfəri şikayətlərinin öyrənilməsi üçün qəbul edib, onların…