Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların…