I fəsil. Ümumi müddəalar
I fəsil. Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar Bu qanunda aşağıdakı anlayışlar istifadə olunur: terrorçuluq—ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin…