Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib

Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılışı bildirən lenti kəsiblər. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu Naxçıvan Muxtar Respublikasında…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Çinin ölkəmizdəki səfiri ilə görüşüb

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Səfir Vey Cinhua ölkələrimiz arasındakı dostluq münasibətlərinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib, Ulu Öndərin vətəni Naxçıvana səfərinin əhəmiyyətini vurğulayıb. Çin-Azərbaycan əlaqələrinə diqqəti çəkən səfir Naxçıvan şəhərində yeni uşaq…

Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb

Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilib, kompüter qoyulub. Fondda havalandırma sistemi…

Şahbuz Rayon Mədəniyyət Sarayı istifadəyə verilib

Qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı yaşayış məntəqələrindən biri də Şahbuz rayonudur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti Şahbuz rayonunda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər rayonda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açıb. Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayı…

Şahbuz şəhərində yeni Aviakassa tikilib

Muxtar respublikada hava nəqliyyatı müasir tələblər səviyyəsində qurulub. Bu sahədə xidmətin hərtərəfli təşkili daim diqqətdə saxlanılır. Turizm bölgəsi olan Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi də mühüm əhəmiyyətə malikdir. Yanvarın 30-da Şahbuz şəhərində yeni Aviakassanın açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur…

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim, Tibb Kollecində…

Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib

Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların…

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına əyani təhsil üzrə kursantların qəbuluna dair (E L A N)

Azərbaycan Respublikası daxili işlər nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında əyani təhsil üzrə 150 kursantın qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 2019/2020-ci tədris ili üçün kursant qəbuluna dair (E L A N)

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə – “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq, Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 170…