Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına abidənin ətrafında aparılan abadlıq və yenidənqurma tədbirləri barədə məlumat verdi.

“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə tikinti işlərinin…

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşılayıb.

Hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikası hökumətinin üzvləri ilə görüşüb.

Naxçıvan şəhərində yeni sənayə müəssisəsi istifadəyə verilmişdir

Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının sədri Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal…

Polis əməkdaşları çoxnövçülük üzrə güclərini sınayıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında xidməti çoxnövçülük üzrə birincilik keçirilib. 15 komandanın iştirak etdiyi birincilikdə 50-ə yaxın asayiş keşikçisi mübarizə aparıb. Polislər 100 və 1000 metr məsafəyə qaçış, turnikdə dartınma və aşma növləri üzrə yarışıblar. Yekunda, 100 metri Vəli Şirəliyev, 1000 metri Əli…

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş rəsm sərgisinin açılışı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisi açılıb. Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsm sərgisinə baxıb. Məlumat verilib ki, sərgidə 32 rəssamın Ulu Öndərə həsr olunmuş portretləri, Naxçıvan Muxtar Respublikasının tarixi abidələrini, təbiətini və müasir…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd olunub

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib. Nazirlik, komitə, baş idarələrin və müəssisələrin rəhbərləri, hərbi hissələrin komandirləri, elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri, Ulu…

Naxçıvanda 9 May Qələbə Günü qeyd olunub

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşüb, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib. Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib. Sonra Dövlət Himni səslənib. Mərasim iştirakçıları və…

Şuşanın işğalından 26 il ötür

Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min…

Karate-do üzrə “Heydər Əliyev kuboku” uğrunda Naxçıvan çempionatına yekun vurulub

Yarışın açılış mərasimində çıxış edən Karate-do federasiyasının sədri Fazil Ələkbərov bildirib ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində mühüm işlər görülür. Gənclərin fiziki hazırlığına, onların asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirilir. Muxtar respublikada müasir idman infrastrukturunun, idmanın müxtəlif növləri üzrə federasiyaların, eləcə də karate-do federasiyasının yaradılması gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsini…