Ulu öndər Heydər Əliyev siyasətinin bəhrələri: davamlı inkişaf, yüksək rifah

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür… Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”. Bu gün ulu öndərin arzuları reallığa çevrilib. Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Şərur rayonunu da yeni inkişaf mərhələsinə çıxarıb. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri, yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması…

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olunub

 Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı…

Naxçıvanda faşizm üzərində Qələbənin 77-ci ildönümü qeyd olunub

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 77-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib. Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası…

Naxçıvanda “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib

Mayın 7-də Naxçıvan Dövlət Milli Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Naxçıvan Muxtar…

Şərur rayonunda Günəş Elektrik Stansiyası istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə hər iki rəhbərliyi dövründə həyata keçirdiyi tədbirlər Azərbaycanın kompleks inkişafına xidmət edir. Hazırda muxtar respublikada iqtisadiyyatın bütün sahələrində qazanılan nailiyyətlər, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması ulu öndərin uzaqgörən siyasətinin bəhrələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanın enerji təminatı məsələləri ön plandadır. Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə…

Muxtar respublikada yeni nasos stansiyası istifadəyə verilib

Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına və ərzaq təhlükəsizliyinə töhfə verir, tələbat yerli istehsal hesabına ödənilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı…

Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz…

Naxçıvanda soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş ağacəkmə keçirilib

1918-ci ilin martında təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı və deportasiya həyata keçirilmiş, Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda və digər bölgələrdə minlərlə insan qətlə yetirilmişdir. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti…