Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Muxtar respublikada torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı, qapalı suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini…

Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib

Oktyabrın 14-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kursantları…

Səhiyyə müəssisələrinə təcili tibbi yardım avtomobilləri verilib

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, səhiyyə sistemi də müasirləşdirilib, əhali keyfiyyətli tibbi xidmətlə təmin olunub. Bu gün muxtar respublikada yaradılan ən müasir səhiyyə infrastrukturu da insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Görülən işlər içərisində icbari tibbi sığortanın tətbiqi və təcili tibbi yardım xidmətinin təşkili xüsusi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, elm inkişaf etmədən ölkələrin inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elmin inkişafı sahəsində mühüm işlər görülüb,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyasının fəaliyyəti barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, dövlət sirri təşkil edən məlumatların məxfiliyinin qorunması bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 17 sentyabr tarixli…

Daxili İşlər Nazirliyinin kollektivi sərgi-satışla tanış olublar

Heydər Əliyev Sarayında  sağlamlıq imkanları  məhdud şəxslərin  və  istedadlı  qadınların  rəsm  və əl  işlərindən ibarət sərgi-satış davam edir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi də bu gün sərgiyə baxıb. Məlumat verilib ki, sərgi-satışa ümumilikdə, 305 qadının 3 min 926 əl işi çıxarılıb. Sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud evdar xanımlarla yanaşı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Oktyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. Ali Məclisin Sədri səfirin diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasındakı əlaqələrin möhkəmləndiyini, iqtisadi sahədə razılaşmaların əldə olunduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əməkdaşlığın inkişaf etdiyini və gediş-gəlişin artdığını…

Kültəpə kənd avtomobil yolu yenidən qurulub

Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilib. Sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənddə tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu da…

Kültəpədə xidmət mərkəzi fəaliyyətə başlayıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kəndində xidmət mərkəzinin də açılışını edib. Mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə…

Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək

Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir. Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o…